Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:18

Rövnəq Abdullayev: «İnsan gərək vicdanla danışsın»


«Azərbaycanda hakimlərin qərəzli fəaliyyəti aradan götürülməsə, futbolun inkişafındən danışmaq mümkün olmayacaq».

AFFA prezidenti Rövnəq Abdullayev belə deyir. Onun sözlərinə görə, keçən mövsüm artıq bu istəyə nail olunub. Qarşıdakı mövsümdə isə bu məsələnin birdəfəlik həll olunması üçün fəal işlər aparılacaq.

Hakimlikdən uzaqlaşdırılan Babək Quliyevin ittihamlarına gəlincə, R.Abullayev bunları deyib:

«Biz ona çox böyük önəm verdik, FİFA referisi elədik. Bir müddət əvvəl yaxşı referi kimi 10 min manat mükafat verdik. İnsan gərək vicdanla danışsın».

Hakimlikdən uzaqlaşdırılan FİFA referesi Babək Quliyev iyulun 2-də keçirdiyi mətbuat konfransında AFFA Hakimlər Komitəsinin sədri Xəqani Məmmədovu və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevi oyun alqı-satqısında ittiham edib.

Babək Quliyev hakimliyə qayıtmayacağı təqdirdə aclıq aksiyasına başlayacağını da bildirib.
XS
SM
MD
LG