Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:41

Şəmkir Regional Elektrik Şəbəkəsi ləğv edildi


Həmin şəbəkəyə daxil olan 5 rayon da Gəncə Regional Elektrik şəbəkəsinə birləşdirildi.

Bu barədə Gəncə Regional Elektrik şəbəkəsinin direktoru Eldar Eldarov «Azadlıq» radiosuna məlumat verib. O, bildirib ki, bu qərar iyul ayının 2-dən etibarən qüvvəyə minib.

«Dünəndən etibarən Şəmkir regional elektrik şəbəkəsinə daxil olan Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonları da Gəncə Regional Elektrik şəbəkəsinin balansına verilib. Bununla yanaşı mayın 15-dən etibarən Regional Elektrik Şəbəkə ancaq satış işlərini həyata keçirir. Texniki istismar işləri isə «Azərenerji»nin balansında olan Gəncə Yüksək Gərginlikli Elektrik Şəbəkəsi tərəfindən icra olunacaq».

Eldar Eldarov bir neçə əməkdaşın işdən çıxarılması məsələsinə də aydınlıq gətirib:

«45 nəfər işçi Gəncənin Smart tipli qaz sayğacları ilə sayğaclaşması məqsədilə müqavilələri olanlar idi. Artıq sayğaclaşma 100 faiz başa çatdığından onların da müqavilələrinin vaxtı bitib. Şəbəkələrin birləşməsi məsələsi onların işdən azad olunanmaları ilə əlaqəli deyil».
XS
SM
MD
LG