Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:13

ABŞ prezidenti Vladimir Putinə mesaj vermək niyyətindədir


Amerika ilə münasibətlərdə «keçmiş Soyuq Müharibə baxışlarına» son qoymağın vaxtı çatıb. Prezident Barak Obama «Associated Press» agentliyinə müsahibəsində bunu Rusiyanın anlamasını istədiyini deyib.

Üç gündən sonra – iyulun 6-da Obama Moskvaya səfər edəcək. O, bu mesajını Rusiyanın keçmiş prezident, hazırkı baş nazir Vladimir Putinə çatdırmağı planlaşdırır.

Obama bildirib ki, Putinin hələ də Rusiyaya böyük təsiri var və əlavə edib ki, Putinin bir ayağı ilə keçmişdə, digəri ilə isə yeni metodlarla hərəkət etdiyinə inanır.

ABŞ prezidenti bununla belə Putinin sələfi Dmitri Medvedevlə də münasibətləri inkişaf etdirdiyini bildirib.
XS
SM
MD
LG