Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:48
«Əgər mən deyəni eləməsəniz bir həftəyə hamınızı qıracam». Nazim Muxtarov adlı Bakı sakininin Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahına buraxdığı məktubda belə deyilir. O, müxalifətə sonuncu xəbərdarlıq etdiyini bildirir.

ADP sədri Sərdar Cəlaloğlu «Azadlıq» radiosuna deyib ki, qərərgaha Muxtarovdan müxalifətin birləşməsi barədə əvvəllər də məktub daxil olub. Ancaq bu dəfə o nə edəcəyini konkretləşdirib:

«O uzun müddət idi ki, mənim katibimə məktub gətirib verirdi. Əvvəl deyirdi müxalifət birləşsin, amma indi yazır ki, hamınızı gülləyəcəm. Guya biz satılmışıq. Ona görə də birləşmirik və sairə. Ünvanını gizlətmir. Məktubda qeyd olunub. Uşaqlar çağırıb görüşüb. Dediyinə görə, xalq hərəkatının üzvlərindəndir. O hesab edir ki, irəli çıxıb lider ola bilər. Bu işdə müxalifət onu dəstəkləməlidir. Əks təqdirdə ən azı liderlərdən birini güllələyəcək. Bundan ötrü tədarük də görüb artıq. Tüfəng alıb, gülləsi də var».

S.Cəlaloğlu deyir ki, Neft Akademiyasında baş verən hadisədən sonra bu cür məsələlərə həssas yanaşır. Ona görə də həmin adamın məktubunu özü yazdığı müraciətlə birlikdə Daxili İşlər Nazirliyinə göndərib:

«Bu adamın niyyətinin nə olduğu bəlli deyil. Bəlkə bu hərəkətilə sensasiya yaratmaq istəyir, bəlkə başqa niyyəti var. Hər halda qoy hüquq-mühafizə orqanları müəyyənləşdirsinlər ki, o psixi xəstədir ya cinayətkar. Ona uyğun da təbdir görsünlər».

Məsləyə Daxili İşlər Nazirliyinin mövqeyini öyrənmək mümkün olmadı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG