Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:14

Prezidentin oğlunun toyu oldu


Tacikistanın prezidenti İmaməli Rahmonun oğlu Rustami ötən şənbə günü evlənib. O, ölkədəki “Şirin” adlı şokolad fabrikinin sahibinin qızı ilə ailə qurub.
Toy mərasimi prezidentin yay evində keçirilib.

İki il əvvəl prezident ölkədə toylara 200 nəfərdən az adam çağırılması və hədsiz israfşılığa yol verilməməsi haqqında sərəncam vermişdi. Tacikistanda uzun müddət adamlar imkanı oldu-olmadı bir ənənə kimi dəbdəbəli toy mərasimləri keçirirdi.

Rəsmi televiziyanın məlumatına görə İmaməli Rahmon toya çox pul xərcləməyib. Dövlət başçısı və ailəsi toy münasibətilə Düşənbədəki uşaq evinə baş çəkib.

Bu doqquz uşaq atası olan prezidentin böyük ailəsində ilk toydur. Onun iki oğlu, yeddi qızı var. İndi ailə quran 21 yaşlı Rustami İmaməli Moskva Diplomatik Akademiyasının tələbəsidir. O, həm də ölkənin İstiqlol adlı futbol komandasında oynayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG