Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:03

Məşhur futbolçu casus çıxdı


George Popesku
Rumıniya yığmasının keçmiş kapitanı və Türkiyənin «Qalatasaray» klubunun sabiq müdafiəçisi George Popesku kommunist dövründə ölkəsinin təhlükəsizlik orqanları ilə əməkdaşlıq etdiyini etiraf edib.

Məlumatı «Associated Press» agentliyi yayıb.

Bundan 3 gün qabaq Popesku belə ittihamları rədd etmiş və məlumatı yayan qəzeti «ağ yalan yazmaqda» günahlandırmışdı.

«Evenimentul Ziley» qəzetinə verdiyi müsahibədə isə futbolçu etiraf edib ki, «Universitatea Kraiova» klubunda oynayarkən komanda yoldaşları və başqa həmkarları haqda təhlükəsizlik orqanlarına dörd məlumat ötürüb.

41 yaşlı Popesku deyib ki, 1985-ci ildə - mərhum diktator Çauşesku dövründə o yalnız «milli maraqları müdafiə etmək haqda» sənəd imzalayıb.

Futbolçu Rumıniyanın sosialist ölkəsi olduğu dövrdə atdığı addımlarını müdafiə edib. O telefonla verdiyi müsahibədə deyib ki, «mən ötürdüyüm məlumatlarda yaxşı şeylər yazmışam, həmin adamları tərifləmişəm».

Çauşesku dövründə Rumıniyanın təhlükəsizlik orqanları beynəlxalq yarışlarda iştirak edən yerli idmançılara göz qoyur, onların xaricilərlə söhbətlərinin məzmununu öyrənməyə çalışırdı.

Gündəlik «Adevarul» qəzeti yazır ki, Popesku 1986-cı ildən təhlükəsizlik orqanları ilə əməkdaşlığa başlayıb və bu əməkdaşlıq 1989-cu ilədək – Çauşeskunun devrilməsinə və kommunist rejiminin çökməsinə qədər davam edib.

18 illik futbolçu karyerası dövründə Popesku İspaniyanın «Barselona», İngiltərənin «Tottenhem», Hollandiyanın «PSV Eyndxoven» klublarında da çıxış edib.

O Rumıniya milli komandasının heyətində 115 oyun keçirib, 16 qol vurub. Həmin dövrdə, milli komanda 3 dəfə dünya, 2 dəfə isə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Popesku 1997-ci ildə «Barselona»ya Avropa Kuboklar Kubokunu qazanmaqda da kömək edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG