Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:19

Hondurasın müvəqqəti hökuməti prezidenti qaytarmaqdan imtina edib


Hondurasın müvəqqəti hökuməti beynəlxalq çağırışları rədd edərək, devrilmiş prezident Manuel Zelayanın bərpasını qəbul etməyib.

Amerika Dövlətləri Təşkilatı Zelayanın qaytarılması üçün 72 saat vaxt qoyub, əks təqdirdə regional qrupda fəaliyyətini donduracağını bildirib.

Zelaya Hondurasa qayıdışını şənbə günü – verilən möhlət bitənəcən təxirə salıb.

Ancaq Hondurasın müvəqqəti hökumət bildirib ki, Zelaya qayıdarsa xəyanətə görə həbs olunacaq.

Zelaya referendum keçirib, prezidenlik prezidentlik müddətinə məhdudiyyəti götürmək istədiyinə görə hərbçilər onu devirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG