Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:08

Amnesty İnternational: «İsrail hərbi cinayətlərə yol verib»


Amnesty İnternational təşkilatı İsrail qüvvələrinin Qəzzada hərbi cinayətlərə yol verərək, yüzlərlə fələstinlini öldürüb, minlərlə evi dağıtdığını deyir.

Təşkilat bu yaxınlarda Qəzzada olan müharibəylə bağlı ilk ətraflı hesabatını yayıb. Hüquq müdafiəçiləri İsrail rəsmilərini əhalinin sıx məskunlaşdığı regionlarda artilleriya, ağ fosfor və digər qeyri dəqiq nişan alan silahlardan istifadə etməməyə çağırıb.

Amnesty İnternational Həmas liderlərini də İsrail sakinlərinə raket atmağı dayandırmağa çağırıb.

Qəzanın səhiyyə rəsmiləri və insan haqları qruplarının məlumatına görə üç həftə davam edən əməliyyatlar zamanı 1400-dən artıq fələstinli öldürülüb, 900 nəfər yaralanıb.
XS
SM
MD
LG