Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:13

Musəvi bir daha seçkinin legitim olmadığını bəyan edib


İranda prezidentliyə keçmiş namizəd Mirhüseyin Müsəvi bu gün bir daha iyunun 12-də keçirilmiş prezident seçkilərinin legitim olmadığını bəyan edib və tərəfdarlarını nəticələrlə bağlı şikayyəti davam etdirməyə çağırıb.

Musavi həmçinin hakim dairələri siyasi məhbusları azad etməyə, seçki və mətbuat azadlığı sahəsində islahatlar aparmağa çağırıb.

İran müxalifəti seçkinin nəticələrinin saxtalaşdırıldığını təkid edir.

Hakimiyyət isə seçkinin ədalətli olduğunu, Mahmud Əhmədinejadın qalib gəldiyini deyir.
XS
SM
MD
LG