Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:48

Bakı aeroportu gecə saatlarında işləməyəcək


Heydər Əliyev Beynəlxalq Hava Limanı
İyulun 2-dən başlayaraq Heydər Əliyev Beynəlxalq Hava Limanı gecə uçuşları üçün bağlanır. Xəbəri «Azərbaycan Hava Yolları» Şirkəti yayıb.

Sakinlərin rahatlığının təmin edilməsi üçün hava limanı saat 00.00-dan 07.00-a qədər bağlı olacaq. Bununla bağlı həmin saatlara reysləri olan beynəlxalq aviaşirkətlərə xəbərdarlıq göndərilib və artıq uçuş qrafikləri dəyişdirilib.

Gecə saatlarında ancaq dövlət, sanitar, humanitar, fövqəlada hallar və bu kimi təyinatlı təyyarələrə uçmaq imkanı yaradılacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG