Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:01

Gəncədə 500-dən çox məzun attestat ala bilməyib


Gəncə şəhərində 557 nəfər məzun orta məktəbi bitirmək barədə attestat ala bilməyib.

Onlardan 503 nəfəri buraxılış imtahanlarından kəsilib, 54 nəfəri isə ümumiyyətlə imtahanda iştirak etməyiblər.

Bu barədə «Azadlıq» radiosuna Gəncə şəhər Təhsil İdarəsinin rəis müavini İsmayıl İsmayılov məlumat verib. Onun sözlərinə görə, 2008-2009-cu tədris ilində Gəncədəki orta məktəbi 3048 nəfər məzun bitirib.
XS
SM
MD
LG