Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:14

Hondurasa 72 saat vaxt verilib


Amerika Dövlətləri Təşkilatının üzvləri Hondurasın müvəqqəti hökumətinə demokratiyanı bərpa etmək üçün 72 saat vaxt verib. Təşkilat prezident Manuel Zelayanın təcili bərpasını tələb edir.

Bundan əvvəl BMT Baş Assambleyasının 192 üzvü də eyni tələblə qətnamə qəbul edib.

Zelaya da Nyu-Yorkda keçirilən sessiyasında iştirak edib, Hondurasa cümə axşamı qayıdacağını deyib.

Bununla belə Hondurasın yeni lideri bildirib ki, Zelaya qayıdarsa həbs olunacaq.

M. Zelaya referendum keçirib, prezidentlik müddətlərinə məhdudiyyəti götürmək istədiyinə görə hərbçilər onu devirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG