Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:12

Kərkükdə 20-yə yaxın adam ölüb


İraqın təhlükəsizlik qüvvələri bütün yaşayış məntəqələrində nəzarəti ələ almalarını Bağdadda təntənə ilə qeyd ediblər. İraqlılar ABŞ qüvvələrinin şəhər və qəsəbələrdən tərk etməsini milli bayrama çeviriblər.

Bununla belə, iyunun 30-da ölkənin şimalında Kərkük şəhərində partlayış olub, 20-yə yaxın adam ölüb, 40-ı yaralanıb.

ABŞ prezidenti Barak Obama hərbçilərin İraq şəhərlərini tərk etməsini alqışlayıb, ancaq deyib ki, qarşıda hələ çətinliklər ola bilər.

Bağdadda İraq prezidenti Cəlal Talabani ABŞ qüvvələrini diktator Səddam Hüseyni devirməyə yardım etdiyinə görə təşəkkür edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG