Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:56

Lukaşenka ABŞ-a verdiyi vədi dərhal yerinə yetirdi


Belorus Prezidenti Aleksandr Lukaşenka iyunun 30-da verdiyi fərmanla həbs olunan amerikalı hüquqşünas Emanuel Zeltseri əfv eləyib. Zeltseri sənayə casusluğu ittihamıyla həbs eləmişdilər.

Lukaşenko əfv fərmanından bir neçə saat öncə ABŞ_ın Mİnskə gələn nümayəndə heyətiylə görüşdə hüquqşünası əvf edəcəyinə söz vermişdi. Son onillikdə Belorusa gələn ilk yüksək səviyyəli nümayəndə heyətinin üzvlərindən Senator Bencamin Kardin Luekaşenkanın bu vədi haqda mediaya məlumat vermişdi.

Belorus Prezidenti Aleksandr Lukaşenka ABŞ Konqresinin nümayəndə heyətiylə görüşdə bildirib ki, indi ABŞ-la normal münasibətlərin bərpası və sanksiyaların hamısının götürülməsi üçün əsl vaxtdır.

Vaşinqton Minsklə münasibətlərin yaxşılaşdırılması üçün Zeltserin azadlığa buraxılmasını ön şərt olaraq irəli sürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG