Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:49

Azərbaycan «Davamlı avtoritar rejimli ölkələr» sırasında


Dünyada azadlıqların vəziyyətini öyrənən ABŞ-dakı «Freedom House» təşkilatı ötən ili demokratiya üçün «qaranlıq il» adlandırır. Təşkilat Mərkəzi Avropa və Avrasiyada Azərbaycan da daxil olmaqla 29 ölkədə apardığı araşdırmasının nəticələrini iyunun 30-da elan edib. Bu hesabata görə, həmin 29 ölkənin 18-də demokratiyanın vəziyyəti geriləyib. Səkkiz ölkə isə ümumiyyətlə «Davamlı avtoritar rejimli ölkələr» sırasına düşüb. Bu sırada Azərbaycan da var.

«Freddom House»un gəldiyi qənaətə görə, Azərbaycanda vəziyyət bütün başqa ölkələrin hamısından daha çox pisləşib. Ondan da sonra Rusiya gəlir. Rusiya bu il ilk dəfə olaraq «Davamlı avtoritar rejimli ölkələr»in cərgəsinə düşüb. Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan Türkmənistan və Özbəkistanda vəziyyət onların «Avtokrat Səkkizlik» yaratdığını deməyə əsas verir.

«Freedom House» qeyd edir ki, bir neçə il əvvəl «rəngli inqilablar» olan ölkələrdə də demokratik dəyərlərin azaldığı görünür.
Ölkələri müqayisə edəndə Azərbaycanın mövqeyi yaxşı görünmür. «Freedom House»un fikrincə, Azərbaycandan fərqli olaraq başqa bir neft ölkəsi Qazaxıstan liberallaşma, xüsusilə də məhkəmə sferasında bəzi demokratik addımlar atıb. Buna baxmayaraq, bu dövlət hələ də «Davamlı avtoritar rejimli ölkələr» sırasındadır.

«Freedom House» ölkələrdə vəziyyəti bu cür ümumiləşdirir:

Siyasi proseslər
Ermənistan, Azərbaycan, Makedoniya, Gürcüstan, Moldova və Ukrayna.
Albaniya, Belarus, Çex Respublikası və Rumıniya.


Vətəndaş cəmiyyəti
Ermənistan, Azərbaycan, Çex Respublikası, Gürcüstan, Macarıstan, Moldova və Qırğızıstan.
Belarus.


Müstəqil media
Ermənistan, Azərbaycan, Bosniya-Herseqovina, Bolqarıstan, Xorvatiya, Qırğızıstan, Moldova, Slovakiya.
Polşa və Qazaxıstan.


Milli Demokratik İdarəetmə
Ermənistan, Azərbaycan, Bolqarıstan, Xorvatiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Rusiya, Slovakiya, Ukrayna.
Belarus, Kosovo, Polşa.


Korrupsiya
Azərbaycan, Bosniya-Herseqovina, Bolqarıstan, Macarıstan, Latviya, Rusiya, Sloveniya.
Ermənistan, Belarus, Makedoniya, Çernoqoriya, Polşa.



«Freedom House»un qənaətinə görə «Dayanıqlı avtoritar rejimli ölkələr»də vəziyyət bu cürdür:

«Bu cür ölkələrdə diktatorlar siyasi rəqabətin və fikir müxtəlifliyinin qarşısını alır, əsas siyasi, mülki və insan hüquqlarının pozulması geniş yayılır. Beləliklə də qapalı cəmiyyət yaranır.

Seçkilər diktatorların hakimiyyətini möhkəmləndirməyə, onların hakimiyyət ömürlərinin məhdudiyyətsiz səlahiyyətlərlə daha da uzadılmasına xidmət edir. Seçkilərdə hakimiyyətə meylli partiyalar və namizədlər çox olur. Müstəqil müxalifətin isə hakimiyyətə bütün yolları bağlanır. Hakimiyyətin dəyişməsi faktiki olaraq diktatorun ölümündən, ya da inqilabdan asılı vəziyyətə düşür.
Hakimiyyət yüksək dərəcədə mərkəzləşdirilir. Vətəndaş cəmiyyəti qurumları lazımsız tənzimləmələr, repressiyalarla üzləşir. Formal dövlət ideologiyası, ya da şəxsiyyətə pərəstiş cəmiyyətdə üstünlük təşkil edə, rejimin yaşaması üçün bir əsas kimi izah edilə bilər.

Fikrin azad ifadə edilməsinə imkan verilmir, müstəqil media faktiki olaraq mövcud olmur. Media ya dövlətin olur, ya da rejimə yaxın adamların nəzarətində. Senzura geniş yayılır, müstəqil xəbər verməyə, ya da hökuməti tənqid etməyə görə adamlar repressiya ilə üzləşirlər.

Qanunun aliliyi rejimin maraqlarından asılı vəziyyətə düşür. Əsas siyasi, mülki və insan haqları pozulur, məhkəmələrdən müxalifət nümayəndələrini bezdirmək üçün istifadə edilir.
Korrupsiya, dövlətin iqtisadiyyata müdaxiləsi həddini aşır. Korrupsiyada ittiham olunanlar adətən rejimə müxalif olanların susdurulmasını istəyirlər».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG