Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:42

İxtisara düşməmək üçün müdirini öldürməkdə ittiham olunanur


İspaniya polisi Barselonadakı Beynəlxalq Sərgi Mərkəzinin Audio-vizual İşlər müdirini həbs eləyib. El-Pais qızetinin məlumatına görə, polis həbs olunan şəxsi Mərkəzin rəhbərini öldürmək üçün killer tutmaqda ittiham edir.

İddiaya görə, Sərgi Mərkəzinin Audio-vizual İşlər müdiri xıbıb tutub ki, Mərkəzin rəhbəri iş yerində struktur islahatları çərçivəsində, onu da ixtisar eləməyi nəzərdə tutub. İxtisara düşmək istəməyən şübhəli şəxsin bacısının kpməyi ilə 6 nəfər kolumbiyalıyla əlaqə yaradıb, fevralın 9-da müdirini öldürtdüyü bildirilir.

Polis həmin şəxsin bacısı və kolumbiyalıları da həbs eləyib.

Bu hadisə Ispaniyada iqtisadi böhran başlayandan bəri işini və ya müqaviləsini itirməmək üçün törədilən ilk cinayət deyil.

Daha öncə külli miqdarda borclanan bir tikinti biznesinin sahibi öz bank meneceri və prorarıbnı oğurlayıb – borclarının bağışlanmasını tələb elədiyi üçün həbs edilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG