Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:05

Amerika qoşunları İraq şəhərlərindən çıxdı


Amerika qoşunlarının Bağdaddakı komandiri general Daniel Bolger şəhəri İraq qüvvələrinə təhvil vermə mərasimində. 29 iyun 2009
Amerika qoşunlarının Bağdaddakı komandiri general Daniel Bolger şəhəri İraq qüvvələrinə təhvil vermə mərasimində. 29 iyun 2009

İndi Bağdad küçələrində çoxlu sayda İraq polisi görmək olar, İraq əsgərləri isə hazırlıq vəziyyətinə gətirilib ki, yaraqlıların şəhərdə törədə biləcəyi zorakılığın qarşısını dərhal ala bilsinlər.

Bütün bunların hamısı iyulun 1-ə hazırlıqdır.

Həmin günəcən Amerika əsgərləri təkcə paytaxt Bağdadı yox, ölkənin bütün yaşayış məntəqələrini - şəhər, qəsəbə və kəndlərini tərk etməlidir.
İraq hökuməti iyunun 30-nu

“MİLLİ MÜSTƏQİLLİK GÜNÜ”

elan edib.

Bayram münasinbətilə “Yaşıl zona”da – hökumət qurumlarının və xarici diplomatik missiyaların yerləşdiyi ərazidə hərbi parad keçirilib.
Minlərlə İraq əsgəri piyada, yaxud Amerikanın bağışladığı hərbi maşın və tanklarla paradda iştirak ediblər.

Baş nazir Nuri əl-Maliki deyir ki, xarici qoşunların şəhərlərdən çıxıb kazarmalara çəkilməsi İraqın suverenliyini möhkəmləndirəcək.

Maliki bildirib ki, iraqlılar əl-Qaidə qalıqlarını və cinayətkar qruplaşmaların zərərsizləşdirilməsi məsələsində öz təhlükəsizlik qüvvələrinə etibar etməlidirlər.

İraq təhlükəsizlik qüvvələri Nəcəf şəhərindəki paradda. 30 iyun 2009

Axır illərdə yaraqlıların ən çox partlayış törətdiyi vilayətlərfən birinin - Baqubanın polis rəisi, general Əbdül Hüseyn əl-Şəmrinin Röyters agentliyinə dedikləri.
“Koalisiya əsgərlərinin Baquba əyalətinin şəhərlərindən çıxarılması bizim qüvvələrin ölkədə təhlükəsizliyi təmin etmək iqtidarında olduqlarını göstərir”.

Amerika qoşunları 6 il qabaq İraqa gorəndən sonra yaradılan yeni

POLİS QÜVVƏLƏRİNİN 500 MİN HEYƏTİ VAR.


İraqın daxili işlər naziri Cavad əl-Bolani Vaşinqton Post qəzetində yazır ki, doğrudan da Amerika əsgərləri İraq üçün çox iş görüblər, amma indi Amerika rəhbərliyinin diqqətinin ilk növbədə Əfqanıstana və başqa mühüm məsələlələrə yönəldiyi bir dövrdə eyforiyaya qapılmağa dəyməz.

“Əslində həmin gündən İraq tarixində qeyri-müəyyən bir mərhələ başlayır”.

Əl-Bolani xatırladır ki, iyunun 12-də İraqın mötədil siyasətçilərindən biri Harit əl-Ubaydi qəddarlıqla qətlə yetirilib – çox güman ki, əl-Qaidə tərəfindən. İntiharçı bomba hücumlarının sayı kəskin azalsa da, keçən həftə iki belə faciəvi hadisə yenə də iraqlıları dəhşətə gətirib.

Xarici dövlətlər İraq siyasətinə müdaxilə etməkdə davam edirlər. İranda hakimiyyətdə qalan rejim İraqda ayrı-ayrı qruplara dəstək verməkdə davam edir.

Əl-Bolani onu da xatırladır ki, may ayında korrupsiya ittihamları ilə üzləşdiyi üçün İraqın ticarət naziri istefa verib.

Ölkədə korrupsiya elə geniş yayılıb ki, bu təhlükəni İraqda yaraqlılardan gələn təhlükə ilə müqayisə etmək olar.

HƏLƏ BİR NEÇƏ AY AMERİKANIN İRAQDAKI ƏSGƏRLƏRİNİN SAYI DƏYİŞMƏYƏCƏK

İraq qüvvələri Bağdadın şimalında patrul xidmətini həyata keçirərkən.

Nyu-York Tayms qəzeti isə xatırladır ki, 300 iraqlı və 10 amerikalı yaraqlıların iyun ayında törətdiyi zorakılıqların qurbanı olub.

Qəzet öz baş məqaləsində qeyd edir ki, “Amerika prezidenti qoşunların İraqdan çıxarılması ilə bağlı dəqiq cədvəl tərtib etsə də, biz narahatıq ki, Vaşinqton İraqdakı problemlərə lazımi səviyyədə diqqət yetirməsin”.

Amerika qoşunlarının İraqın şəhər və qəsəbələrini tərk etməsi onların ümumiyyətlə İraqda çıxmasına doğru mühüm addımdır. Amerikanın İraqdakı səfiri Kristofer Hill.

“Iyunun 30-da Amerika əsgərləri İraqın şəhər və kəndlərindən çıxsalar da, ölkədə qalmaqda davam edəcəklər.

Bizim hələ də İraqda kifayət qədər böyük qoşun kontingentimiz var və onlar hələ bir neçə ay müddətində xidmətlərini davam etdirəcəklər”.

İndi İraqda 130 mindən çox Amerika əsgəri var. Amerikanın yeni prezidenti Barak Obama onları 2011-ci ilin axırına qədər İraqda çıxarmaq göstərişi verib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG