Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:01

Hələ ümid qalır


Polis qanuna dəyişikliklər layihəsinə etiraz edən QHT fəalların aksiyasına icazə vermir
Polis qanuna dəyişikliklər layihəsinə etiraz edən QHT fəalların aksiyasına icazə vermir
İyunun 30-da Milli Məclisdə QHT-lər haqqında qanuna dəyişikliklər layihəsinin müzakirəsinin davam ediləcəyi gözlənilir. Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsi isə həmin layihənin ümumiyyətlə iclasın gündəliyindən çıxarılmasını tələb edir. Əgər bu baş verməszə, komitə üzvləri iyunun 30-da Milli Məclisin binası qarşısında aksiya keçirəcəklər.


“QHT-LƏRI SIRADAN ÇIXARMAQ ISTƏYIRLƏR”

Bu haqda “Hər kəsin haqqı var” verilişini qonağı olan komitə üzvü Oqtay Gülalıyev məlumat verdi. Onun dediyinə görə, layihənin müəyyən yumşalmalarla qəbulu da yolverilməzdir:

“Bu layihə həm yerli, həm də beynəlxalq ictimai QHT-lərin fəaliyyətinin nəinki məhdudlaşdırılmasına, bütövlükdə sıradan çıxarılmasında hesablanmış gedişdir. Əgər proseslər bizim arzulamadığımız istiqamətdə davam edəcəksə, onda tədbirlərimizi davam etdirəcəyik”.

Demokratik İslahatlar Uğrunda Cəmiyyətin sədri Oqtay Gülalıyev deyir ki, komitədəkilər bu layihənin QHT-lərin fəaliyyətinin genişləndirilməsinə xidmət etməsi mövqeyi ilə razılaşmır:

“Layihənin müddəaları Azərbaycan Konstitusiyası ilə ziddiyyət təşkil edir. Bu cür vacib sənəd heç kimlə müzakirə edilmir. Hətta QHT-lərə Dövlət Dəstəyi Şurası ilə də. Layihəyə MM-in komitəsindən baxılandan sonra Azay Quliyev mətbuata çıxıb həmin sənədin QHT-lərin xeyrinə olduğunu deyir. Görün, Azərbaycanda qələm kimlərin əlindədir? Hələ bir bizi də borclu çıxarırlar”.


“DIALOQA GETMƏLIYIK”

Lakin Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev onun mövqeyini bölüşdürmür. Həm də onu bildirir ki, bu məsələdə Şura QHT-lərin maraqlarından çıxış edir.

“Sadəcə hesab edirik ki, baş - divarı yarmaq üçün o qədər də yaxşı instrument deyil. Heç bir təsiri olmayan təzyiq vasitələrinə söykənib çıxış etmək ciddi nəticə verməyəcək. Bu məsələ dialoq nəticəsində həll olunmalıdır. Əsaslı arqumentlərlə çıxış etmək lazımdır. Biz “bunu qəbul etməyəcəyik” deyib qatı inkarçılıq nümayiş etdirməyin tərəfdarı deyilik. Aşırı radikallığın işə mane olacağını düşünürük”.

Əliməmməd Nuriyev onu da hesab edir ki, həmin layihənin erkspertiza üçün beynəlxalq qurumlara göndərilməsinə ehtiyac yoxdur. Çünki bu işi Azərbaycanda görə biləcək kifayət qədər ekspert və hüquqşünas var.

“Niyə biz hansısa arbitr tapmalıyıq? Həm də Şura ilə QHT-lər barrikadanın müxtəlif tərəflərində deyillər. Birlikdə məhdudiyyətlərin aradan qaldırılmasına çalışmalıyıq”.


“QEYDIYYAT VACIBDIR, AMMA HAMISINA YOX”

Şura təmsilçisi bildirir ki, onlar da QHT-lərin qeydiyyatını vacib sayırlar. Lakin hansısa şəbəkələrin, koalisiyaların qeydiyyatına ehtiyac yoxdur. Xarici donorlardan alınan qrantın məbləğinə gəlincə, Ə.Nuriyev deyir ki, onlar bu məsələdə 50 yox, 20 faizlik tələb qoyulmasının tərəfdarıdırlar.

Qeydiyyatı ləğv olunan Seçki Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədli isə deyir ki, bu layihə qəbul edilsə, qeydiyyatsız QHT-lərin vəziyyəti çox acınacaqlı olacaq.

“QHT-lərin qeydiyyatından imtina ilə bağlı proses ən yaxşı halda 2 il çəkir. Belə çıxır ki, həmin müddət ərzində qurumların statusu qeyri-müəyyən qalacaq. Qanun bu formada qəbul edilsə, onda QHT-lərin çoxu hakimiyyətdən asılı vəziyyətə salınacaq. Bu layihə QHT-lərə yox, vətəndaş cəmiyyətinə zərbə vuracaq”.


QHT-LƏR XARICDƏN ILDƏ 20 MILYON DOLLAR QRANT ALIR

Hazırda Azərbaycanda 3000 QHT var. Onlardan 2500-ü dövlət qeydiyyatına alınıb, 500-ə yaxını isə qeydiyyatsız fəaliyyət göstərir. QHT sektorunun il ərzində xaricdən aldığı maliyyə yardımı ilə yerli donorların verdiyi yardımların məbləği arasında çox böyük fərq var. QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədovun sözlərinə görə, il ərzində Azərbaycandakı QHT-lərin xaricdən aldığı maliyyə yardımı 20 milyon dollardan artıqdır.

“Yerli donorların il ərzində verdiyi qrantın miqdarı isə beynəlxalq donor təşkilatların verdiyi qrantın 20-30 faizindən artıq deyil.
Əksər tanınmış QHT-lər həm xarici donorlardan, həm də Dövlət Dəstəyi şurasından qrant alırlar”.

Dövlət Dəstəyi Şurasının bir layihənin maliyyələşməsinə ayırdığı qrantın ən yüksək həddi 16 min manatdırsa, xarici donorlardan yerli QHT-lərə verilən qrantın məbləği 100 mindən 300 avroya qədərdir.


HÖKUMƏT İSƏ MİLYARDLARLA DOLLAR

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu deyir ki, QHT-lərin xaricdən il ərzində aldığı maliyyə yardımı 15-20 milyon dollar olduğu halda Azərbaycan hökumətinin xarici donorlardan aldığı vəsait QHT-lərin aldığı vəsaitdən ölçüyə gəlməz dərəcədə çoxdur. Onun sözlərinə görə, Azərbaycan hökuməti 2008-ci ildə beynəlxalq donorlardan 1 milyard 900 milyon dollar qrant alıb.
XS
SM
MD
LG