Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:02

Deputat İran səfirinin ölkəni tərk etməsi məsələsinə aydınlıq gətirilməsini istəyir


Deputat Qüdrət Həsənquliyev İranın Azərbaycandakı səfirinin ölkəni tərk etməsinə dair informasiyalara aydınlıq gətirməyin vacib olduğunu bildirib. O, bunu Milli Məclisin iyunun 30-da keçirilən növbədənkənar iclasında deyib.

O bildirib ki, məlumatlarda İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məmmədbağır Bəhraminin Bakını İsrail prezidenti Şimon Peresin Azərbaycana səfərinə etiraz olaraq tərk etdiyi vurğulanır:

«Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxovun mediaya açıqlamalarından səfirin həqiqətən ölkəni tərk edib-etmədiyi bilinmir. Milli Məclis bu məsələyə aydınlıq gətirilməsini tələb etməlidir. Əgər səfir həqiqətən ölkəni tərk edibsə və bu addımı İsrail prezidentinin səfərinə etiraz əlaməti olaraq atıbsa, parlament sərt reaksiya verməlidir. Azərbaycan hakimiyyəti İranla dostluq münasibəti saxlayır. İran isə Azərbaycana düşmən münasibəti bəsləyir».
XS
SM
MD
LG