Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:53

Daha bir sərnişin təyyarəsi okeana düşüb


Fransanın iki hərbi təyyarəsi və bir gəmi hazırda Hind okeanında «Airbus 310» təyyarəsini axtarır

Fransanın iki hərbi təyyarəsi və bir gəmi hazırda Hind okeanında «Airbus 310» təyyarəsini axtarır

Yəmənin hava şirkətinə məxsus təyyarə Hind okeanında qəzaya uğrayıb. Qəza zamanı təyyarədə 153 nəfər olub.

Fransanın iki hərbi təyyarəsi və bir gəmi hazırda Hind okeanında «Airbus 310» təyyarəsini axtarır.

Təyyarənin sərnişinlərinin əksəriyyəti fransız və Komor adalarının sakinləridir.

Təyyarə Yəmən paytaxtı Sanaadan Komor arxipelaqının paytaxtı Moroniyə uçan zaman qəzaya uğrayıb.

Bundan öncə iyunun 1-də Braziliyanın Rio-de-Janeyro şəhərindən Parisə uçan «Air France» aviaşirkətinə məxsus «A330-300» təyyarəsi Atlantik okeanına düşüb. Təyyarədəki 126 sərnişin və 12 ekipaj üzvü ölüb. Onlardan yalnız 51-nin cəsədi tapılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG