Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:03

İran Azərbaycandakı səfirini geri çağırır


İran səfirliyində səsvermə, 12 iyun 2009

İran səfirliyində səsvermə, 12 iyun 2009

Bu barədə «İrna» Agentliyi məlumatlı mənbəyə istinadən xəbər yayıb. Məlumata görə, səfirin məsləhətləşmələr üçün geri çağırılmasına səbəb İsrail prezidenti Şimon Peresin Azərbaycana səfəri və İsrailin Azərbaycandakı səfiri Artur Lenkin İran rəhbərliyi tərəfindən «təhdid» kimi qiymətləndirilən açıqlamaları olub.

Mənbə məhz hansı açıqlamaların nəzərdə tutulduğunu deməyib.

İran səfirinin köməkçisi Abbas İsgəndəri «Azadlıq» radiosuna bircə onu deyib ki, səfir barədə məlumat iyunun 30-da mediaya göndəriləcək. Amma o, məlumatın nədən ibarət olduğunu açıqlamayıb.

İsrail prezidenti Şimon Peresin Azərbaycana səfəri iyunun 28-də başlayıb.

İranın hakimiyyət orqanları bu səfərin əleyhinə fikirlər səsləndiriblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG