Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:48

Şimon Peres tələbələrin suallarını cavablandırıb


İyunun 29-da Azərbaycanda səfərdə olan İsrail prezidenti Şimon Peres Dillər Universitetinin professor-müəllim heyəti və tələbələr ilə görüşüb.

Universitetin rektoru Səməd Seyidov ali məktəbin fəaliyyəti və strukturu barədə dövlət başçısına məlumat verib. Rektor universitetdə İvrit dili üzrə mütəxəssislər hazırlandığını və İsrail mərkəzinin fəaliyyət göstərdiyini deyib.

S.Seyidov Nobel mükafatı laureatı olan İsrail prezidenti ilə görüşə təkcə Dillər Universitetinin deyil, Azərbaycanın bir çox digər ali məktəblərinin tələbələrinin də gəldiyini söyləyib.

Sonra İsrail prezidenti Şimon Peres tələbələrin suallarını cavablandırıb.

Cənab Peresin bundan sonra baş nazirin iştirakı ilə hər iki ölkənin iş adamlarının qatıldığı biznes forumda iştirakı gözlənilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG