Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:32

Hondurasda 2 sutkalıq komendant saatı elan olunub


Hondurasın müvəqqəti prezidenti Roberto Miçeletti iki günlük komendant saatı elan eləyib.
Hərbi çevrilişlə devrilmiş və Kosta Rikaya göndərilmiş solçu prezident Manuel Zelaya isə deyib ki, o, geri qayıdacaq.
Zelaya referendum keçirib, prezidentlik müddətlərinə məhdudiyyəti götürmək istəyirdi, hərbçilər onu devirdilər.
Honduras konstitusiyası bir dəfədən artıq prezident olmağa icazə vermir.

Günün bütün mövzuları

XS
SM
MD
LG