Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:56

Peres Qazaxıstana gedir


Bu gün İsrail prezidenti Şimon Peres Qazaxıstana gəlməlidir. Astanaya Bakıdan yola düşən İsrail prezidenti dünən Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.
Peresin Azərbaycan səfərində iki ölkə arasında yüksək texnologiyalar, elm, təhsil, mədəniyyət sahələrinə aid bir sıra sazişlər imzalanıb.
İsraillə Azərbaycan arasında ticarət dövriyyəsi bu ilin ilk 3 ayında 180 milyon dollar olub.
İsrail prezidentini Azərbaycan səfərində 60 rəsmi və biznesmen müşayət edirdi.
Peres çərşənbə günü Qazaxıstanda dinlərarası konfransda çıxış eləməlidir.
Frans Pressin məlumatına görə, Qazaxıstan İsraildən xahiş eləyib ki, İsrail Qazaxıstana silah satsın və silah istehsalını yaratmaqda kömək eləsin.
XS
SM
MD
LG