Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:56

Medvedevin Bakı səfərində əsas mövzular: qaz, Qarabağ, ticarət


Bu gün Rusiya prezidenti Dmitri Medvedevin Bakıya rəsmi səfəri başlanır.
Medvedevi səfərdə müşayət edən Qazpromun sədri Aleksey Miller deyib ki, Azərbaycanla Rusiya arasında qaz müqaviləsinin imzalanacağı gözlənilir. Həmin müqavilə ilə Rusiya artıq 2010-cu ildən Şahdəniz yatağından qaz almağa başlamalıdır.
Səfər zamanı Qarabağ probleminin də müzakirə olunacağı gözlənilir.
Medvedevin səfəri zamanı iki ölkə arasında ticarət və biznes əməkdaşlığını gücləndirmək də müzakirə mövzusu olacaq. Hazırda iki ölkənin ticarət dövriyyəsi ildə 2 milyard 400 milyon dollardır.
Keçən il ticarət dövriyyəsi 40 faiz artıb.
XS
SM
MD
LG