Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:53

İranlı etirazçının öldürülməsi araşdırılır


İran prezidenti Mahmud Əhmədinejad baş hakimdən prezident seçkisindən sonrakı iğtişaşlarda gənc qadının öldürülməsi işini araşdırmağı istəyib. Baş hakimə məktubunda Mahmud Əhmədinejad yazır ki, Neda Ağa Soltan şübhəli yolla öldürülüb. Və İranın düşmənləri bu hadisədən ölkənin nüfuzuna qarşı istifadə edirlər. Neda Ağa Soltan iyunun 20-i – Tehranda Mir Huseyn Musəvi tərəfdarları ilə polis arasında toqquşma baş verən zaman öldürülüb. Onun öldürülməsi ilə bağlı videomateriala internet vasitəsilə milyonlar baxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG