Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:41

Arxeoloqlar Qazaxda yeni yaşayış məskəni aşkar ediblər


Qazağın Çaylı kəndində aparılan arxeoloji tədqiqatlar zamanı son tunc, ilk dəmir dövrünə təsadüf edən qədim yaşayış məskəni aşkar edilib.

Bu haqda «Azadlıq» radiosuna məlumatı arxeoloji ekspedisiyanın rəhbəri Şamil Nəcəfov verib. Onun sözlərinə görə, Sarvantəpə adlanan ərazidə 1,5 hektarlıq tədqiqat sahəsinin 100 kvadratmetrində qazıntılar aparılıb. Nəticədə ərazidən eramızdan əvvəl II-I minilliyə xarakterik çiy kərpicdən və çay daşlarından inşa edilən tikili qalıqları, təsərrüfat küpləri, müxtəlif saxsı qablar, daş alətlər tapılıb. Arxeoloji qazıntıların iyulun sonunadək davam edəcəyi gözlənilir.

Ş.Nəcəfov üç min yaşı olan yaşayış məskənin Xocalı-Gədəbəy mədəniyyətinə aid edildiyini bildirdi. O, aşkar edilən tapıntıların burada maldarlıq və əkinçiliyin yüksək inkişafından xəbər verdiyini qeyd etdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG