Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:54

Ölkəsindən qovulmuş prezident Kosta Rikadadır


Hərbi çevriliş nəticəsində devrilmiş Hondurasın prezidenti Manuel Zelaya hazırda Kosta Rikadadır. Bu ölkəyə çatan kimi Manuel Zelaya bildirib ki, hələ də ölkə başçısı olaraq qalır və onu hərbi güclə ölkəni tərk etməyə məcbur ediblər.

Hondurasda hərbi çevrilişə referendumun keçirilməsi cəhdi səbəb olub. Manuel Zelayanın prezidentlik müddəti 2009-cu ilin yanvarında başa çatıb. Qanuna görə onun növbəti dəfə prezident seçilməyə ixtiyarı yoxdur. Amma prezident Konstitusiya dəyişikliyi üçün referenduma nail olmaq, bununla da daha çox prezident olmaq şansı qazanmaq istəyirdi. Amma bu istəyə həm həbçilər, həm də Ali Məhkəmə və parlament qarşı çıxıb.

Avropa Birliyi Hondurasda çevrilişi pisləyib, Amerika prezidenti isə ölkəni sabitliyə və qanunlara əmək etməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG