Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:59
Hondurasın prezidenti Manuel Zelaya Kosta Rikadan siyasi sığınacaq istəyib. Onu iyunun 28-də səhər saatlarında ölkəsinin ordusu evində həbs edib. Manuel Zalaya Kosta Rikada jurnalistlərə bildirib ki, onu səhər tezdən yataq paltarında tutub hərbi hava qüvvələrinin bazasına aparıblar.

Baş verənləri dövlət çevrilişi adlandıran Zalaya xalqı dinc etirazlara çağırıb və müddətinin sonuna qədər prezident olaraq qalacağını deyib.

Prezidentin 100 nəfərə yaxın tərəfdarı paytaxtda küçələrdən birini bağlasa da polis göz yaşardan qazla onları dağıdıb.

Hələ aydın deyil ki, hazırda hökuməti kim idarə edir. Konstitusiyaya görə prezidentdən sonra ölkəyə parlamentin sədri rəhbərlik etməlidir.

Manuel Zalaya ABŞ-ı bu işin arxasındadırsa, izahat verməyə çağırıb.
Ağ Evdən yayılan açıqlamada qeyd olunur ki, prezident Barak Obama Zelayanın həbsi və ölkədən qovulmasından ciddi narahatdır. ABŞ prezidenti Hondurasdakı bütün “siyasi və sosial qrupları” münaqişələrini qanun çərçivəsində və demokratik normalar əsasında nizamlamağa çağırıb.

Avropa Birliyi də Hondurasda baş verənləri dövlət çevrilişi adlandırıb. Quruma rəhbərlik edən Çex Respublikasının Baş naziri bildirib ki, Birlik tezliklə ölkədə Konstitusiya normalarına riayət olunmasına çağırır.

Bu Mərkəzi Amerika dövlətinin solçu prezidenti Manuel Zelayanın konstitusiyaya dəyişiklilər cəhdindən sonra ölkədə siyasi böhran yaranmışdı.

Şənbə günü ölkənin ali məhkəməsi Konstitusiya dəyişikliyi üçün keçirilən səsvermənin qanunsuz olduğu barədə qərar çıxarıb. Bundan sonra hərbçilər prezidenti həbs edərək ölkədən qovub.

Zelayanın Zekaya 2005-ci ildə prezident seçilmişdi. Onun dörd illik prezidentlik müddəti 2009-cu ilin yanvarında başa çatırdı.

Qanuna görə onun növbəti dəfə prezident seçilməyə ixtiyarı yoxdur. Amma prezident bu səsvermə ilə Konstitusiya dəyişikliyi üçün referenduma nail olmaq, bununla da daha çox prezident olmaq şansı qazanmaq istəyirdi.

Ötən həftə prezident səlahiyyət müddətinin uzadılmasında ona kömək etməyən ordunun rəhbərini vəzifəsindən azad etmişdi. Amma Ali Məhkəmə onun dərhal vəzifəsinə qaytarılması haqqında qərar çıxardı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG