Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:02

Güclü külək və yağış şimal-qərb bölgəsinə ciddi ziyan vurub


Güclü külək və leysan Azərbaycanın şimal-qərb rayonlarına ciddi ziyan vurub.

Ötən gecə Şəkiyə güclü küləklə müşayiət olunan yağış yağıb.

Nəticədə şəhərdə xeyli ağac aşıb, elektrik enerjisinin verilməsi və şəhərin suyla təminatında ciddi problemlər yaranıb.

Ucqar dağ kəndlərinə isə dolu düşüb.

Nəticədə yerli təsərrüfatlara ciddi ziyan dəyib.

Şəhər Fövqəladə Hallar Komissiyası hazırda yerlərdən gələn məlumatları araşdırır, bərpa işləri görür.

Həmçinin güclü qasırğa nəticəsində Qax rayonuna ciddi ziyan dəyib, ağaclar, elektrik və telefon dirəkləri aşıb.

Kəndlərə isə güclü küləklə müşayidə olunan leysan yağışları yağıb, İlisu, Əlibəyli və Qaşqaçay kəndlərini sel basıb, taxıl zəmilərinə ciddi ziyan dəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG