Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 22:00

İsrail prezidenti Azərbaycana gəlir


İsrail prezidenti Şimon Peresin iyunun 28-i Azərbaycana səfəri gözlənilir. 2 günlük səfər zamanı prezident Azərbaycanlı həmkarı İlham Əliyevlə əvvəlcə təkbətək, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirəcək.

Bir sıra sənədlərin imzalanması da gözlənilir

Şimon Peres həm də baş nazir Artur Rasizadə ilə də görüşəcək və Azərbaycan-İsrail biznes forumunda iştirak edəcək. Şimon Peresin xarici dillər universitetinin tələbələri ilə görüşü də nəzərdə tutulub.

Bu İsrail prezidentinin regiona ilk səfəridir və o, Azərbaycandan sonra Qazaxıstana gedəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG