Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:30

Maliki hesab edir ki,İraq ordusu ölkəni qorumağa hazırdı


İraqın baş naziri Nuri əl Maliki deyir ki, ilin sonunadək Amerika ordusunun İraqın şəhərlərindən çıxarılması İraq ordusunun ölkəni təkbaşına qoruya bilməsindən xəbər verir.

Maliki qeyd edib ki, ölkənin suverenliyini möhkəmləndirəcək yeni mərhələ başlayacaq.

Bu həftə Bağdad və Kərkükdə törədilmiş iki partlayış nəticəsində 150-dan çox adam öldü.

Ekspertlər xəbərdarlıq edir ki, Amerika ordusunun İraqdan çıxarılması yaraqlıların fəallaşmasına səbəb ola bilər.
XS
SM
MD
LG