Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:38

Medvedev Afrika ölkələrinə səfərini başa vurub


Rusiya prezidenti Dimitri Medvedev Afrika ölkələrinə səfərini başa vurub.

O Misir, Nigeriya, Namibiya və Anqolada olub.

Medvedev Anqolada olarkən Moskvanın OPEK təşkilatıyla yaxından əməkdaşlıq edəcəyini vəd edib.

Hazırda neft istehsal edən ölkələri özündə birləşdirən bu təşkilata Anqola sədrlik edir.

Bundan başqa səfər zamanı Anqolaya 300 milyon dollar kredit verilməsilə bağlı kontrakt imzalanıb.

Bu vəsait Rusiyanın iştirakıyla milli peyk rabitə sisteminin yaradılmasına sərf olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG