Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:05

Maykl Ceksonun nədən ölməsi 5-6 günə bilinəcək


Maykl Ceksonun ölümündə hər hansı zədə və ya zorakılıq izi yoxdur.

Amma istintaqın nümayəndəsi Craig Harvey deyib ki, ölümün səbəbi 4-6 günə bəlli olacaq.

O deyib ki, cəsədin üzərində aparılmış müayinə zamanı elə bir zədə və ya zorakılıq izi aşkar edilməyib.

Bundan əvvəl yayılmış bəzi məlumatlara görə Maykl Cekson həddən artıq güclü ağrıkəsici dərman qəbul edirmiş.

50 yaşlı müğənni dünən Los Ancelesdəki evində qəflətən huşunu itirərək yıxılıb.

Onu həkimə çatdıranda bəlli olub ki, artıq ürəyi dayanıb.

Maykl Cekson müğənnilik karyerası dövründə 750 milyon albom buraxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG