Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:41

Həmsədrlər iyulda regiona gəlir


Dağlıq Qarabağ münaqişəsində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri iyulun birinci yarısında regiona gələcəklər. Bu barədə Ermənistan mətbuatı Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bu qərar Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyanın iyunun 26-da Parisdə keçirilmiş görüşün nəticəsində əldə olunub.

Nazirlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi imkanlarını müzakirə ediblər.

Vasitəçilər prezidentlərin növbəti görüşünü iyulun ortalarında Rusiya keçirilməsini təklif edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG