Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:35

Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olub


Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyanın görüşü keçirilib.

İyunun 26-da ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov, Metyu Brayza, Bernar Fasye və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik öncə E.Məmmədyarovla görüşüblər.

Bunun ardınca vasitəçilər E.Nalbandyanla bir araya gəliblər. Axşam saatlarında isə vasitəçilərin iştirakı ilə nazirlərin görüşü olub.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə edilib.

Bu haqda «APA»ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildiriblər.
XS
SM
MD
LG