Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:04

BP Qazaxıstandan çıxmağa hazırlaşır


Dünyanın nəhəng neft şirkətlərindən olan BP Qazaxıstandan çıxmağa hazırlaşır. Şirkət oradakı bütün əmlakını 2 milyard dollara sata biləcəyinə ümid edir. Satılacaq şeylər arasında BP-nin Qara dənizə xammal ötürən Xəzər kəmərində payı da var.

BP-nin regional direktoru David Peattie bildirib ki, onlar əsas diqqətlərini Azərbaycana və Rusiyaya yönəltmək istəyirlər.

BP tərəfdaşları ilə birlikdə Xəzərdə Azərbaycanın neft yataqlarına 20 milyard dollara qədər pul qoyub və hazırda buradan gündə bir milyon barrel xam neft əldə edir.

David Peattie deyib ki, onlar bütün regiona eyni dərəcədə diqqət yetirə bilməzlər. Hələlik Azərbaycandakı və Rusiyadakı əməliyyatlarını genişləndirmək istəyirlər.

Bu arada isə Rusiyanın «Lukoil» şirkəti BP-nin Xəzər Kəmərləri Konsorsiumundakı 12.5%-lik, Qazaxıstanın «TengizChevrOil» şirkətindəki payının 5%-ni almağa razılaşıb.

«Lukoil»un direktoru Vahid Ələkbərov hələ bu ayın əvvəlində bildirmişdi ki, BP-nin Qazaxıstandakı əmlakını 1.5 milyard dollara ala biləcəyini düşünür.

David Peattie isə deyir ki, onlar «Lukoil»la çox şeyi razılaşdırıblar. Keçidin Qazaxıstan hökumətinin istədiyi şəkildə baş tutuması bir neçə ay çəkə bilər.

Qazaxıstanın «Kazmunayqaz» şirkəti də BP-nin Xəzər Enerji Konsorsiumundakı payının bir hissəsini almaq üçün 250 milyon dollar vermişdi.

BP-nin regional direktoru David Peattie hesab edir ki, borcları da hesablayanda Qazaxıstandan 2 milyard dollara çıxa biləcəklər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG