Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:48

Berezovski 13 il azadlıqdan məhrum edildi


Rusiyada məhkəmə tanınmış zəngin iş adamı olan Boris Berezovski 13 il müddətinə azadlıqdan məhrum edilib. Onu mənimsəmədə ittiham ediblər.

İttihama görə Berezovski və onun ortaqları 1990-cı illərdə Avtoqaz zavodundan 1.9 milyard dollara qədər pulu mənimsəyib.

Bu, Vladimir Putin prezident olandan sonra Rusiyanın tərk etməli olmuş biznesmen haqqında çoxsaylı ittihamlardan biridir. Berezovski Britaniyadan siyasi sığınacaq alıb orada yaşayır.

London Moskvanın onu geri vermək tələblərini rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG