Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:12

«Vəssalam. Bu sondur. Sonuncu pərdədir…»


Maykl Ceksonun Moskva konserti, 17 sentyabr 1996
Maykl Ceksonun Moskva konserti, 17 sentyabr 1996
Maykl Ceksonun adı çəkiləndə başgicəlləndirici uğur və saysız-hesabsız qalmaqal yada düşür. Ona dünya pop musiqisinin kralı adı verilib.

İlk dəfə səhnəyə dörd yaşındaykən çıxıb. O vaxt ata Cozef ailədən ibarət «The Jackson 5» qrupu yaratmışdı. 70-ci illərdə isə Maykl solo karyerasında yüksəlməyə başladı. 1972-ci ildə yazdığı «Ben» sinqlı Amerika hit-paradında birinci oldu.

1982-ci ildə isə indi də məşhur olan ən uğurlu albomunu – «Thriller»-i buraxdı. Ən çox satılan albom kimi «Thriller» hətta Ginnesin Rekordlar kitabına da düşüb. 26 milyon nüsxəsi satılan bu albomun rekordu hələ bu günədək də təzələnməyib.

Ümumilikdə isə Ceksonun albomları dünya üzrə 750 milyon nüsxə satılıb. O 19 dəfə «Qremmi» mükafatına layiq görülüb.
Cerimeyn Cekson: «Dünya pop musiqisinin əfsanəvi kralı, qardaşım Maykl Cekson iyunun 25-i vəfat edib. Deyilənə görə, öz evində ürəktutmasından ölüb. Meyit yarılandan və nəticələr məlum olandan sonra ölümün dəqiq səbəbi bilinəcək».

Dünya şöhrətli müğənninin ölümü təkcə ailə üzvlərini deyil, dünyanın hər bir yerində onu sevənləri sarsıdıb. «The Sun» qəzeti yazır ki, 50 yaşlı Maykl Cekson ağrıkəsici Demerol iynəsi vurandan sonra nəfəs ala bilməyib. Təcili yardım maşını ilə Los-Anceles şəhərinin xəstəxanasına çatdırılsa da, ürəyin fəaliyyətinin bərpası üçün atılan bütün addımlar əbəs olub. Onun ölümü xəbərini eşidən pərəstişkarları xəstəxanaya axın ediblər.

Maykl Cekson uzun müddət idi demək olar ki, insanlardan təcrid olunmuş vəziyyətdə yaşayırdı. Buna məşhur ulduzun yetkinlik yaşına çatmayanlara qarşı zorakılıqda ittihamı səbəb olmuşdu. Bu ittihamla bağlı məhkəmə 2005-ci ildə Ceksonun günahsız olduğunu üzə çıxarsa da, bu hadisədən sonra müğənni insanların arasında az-az görünürdü.

Və nəhayət 12 illik fasilədən sonra - iyul ayında Maykl Cekson Londondan başlayaraq onlarla konsert verməyə hazırlaşırdı. Konsertin biletləri internetə çıxarılandan bir neçə saat sonra satılıb qurtarmışdı. Pop ulduz son günlər Los-Ancelesdəki evində London konsertinin məşqlərini edirdi. Hələ mart ayında isə Cekson demişdi:

«Mən fanatlarımın eşitmək istədikləri mahnıları ifa edəcəyəm. Vəssalam. Bu sondur. Sonuncu pərdədir».

Maykl Ceksonun iki oğlu, bir qızı var. Ötən il mətbuat məşhur müğənninin İslam dinini qəbul etməsi ilə bağlı xəbərlər yaymışdı.

FORUMDA MÜZAKİRƏYƏ QATIL
Maykl Cekson vəfat edib. Sizin onun haqda fikirlərinizi bilmək maraqlı olardı

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG