Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:30

Mühafizlər Şurası bu seçkini 30 ilin ən yaxşısı adlandırdı


İranın ali qanunverici orqanı olan Mühafizlər Şurası iyunun 12-də keçirilmiş seçkini 1979-cu ildən – islam inqilabından bəri ən yaxşı seçki adlandırıb. Şura müxalifətin seçkidə saxtalaşdırma olması barədə iddialarını rədd edib.

Şuranın sözçüsü Abbas Əli Kətxudayi bu gün rəsmi İRNA agentliyinə bildirib ki, 10 gün araşdırmadan sonra onlar heç bir qanun pozuntusu aşkar etməyiblər.

Bu gün rəsmi məlumata görə ikinci dəfə prezident seçilmiş Mahmud Əhmədinejata yaxın olan din xadimlərindən biri Ayətullah Əhməd Xatəmi bildirib ki, məhkəmə gərək heç bir mərhəmət göstərmədən bugünlər keçirilmiş etiraz aksiyalarının liderləri haqqında ölüm hökmü çıxara.

İranda iyunun 12-də keçirilən prezident seçkisinin nəticələrini namizədlərdən ikisi tanımadığını bildirib. Onlardan biri olan Mirhüseyn Musəvinin tərəfdarlarının keçirdiyi etiraz aksiyalarında polislə toqquşmalarda rəsmi məlumata görə 20 adam adam öldürülüb. Onlardan 8-i mitinqləri dağıdan Bəsic qrupunun üzvləridir. Başqa media orqanları mitinqçilərdən 17 nəfərin öldürüldüyünü bildirirlər.
XS
SM
MD
LG