Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:00

«Böyük Səkkizlər» İrandakı zorakılığı pisləyiblər


«Böyük Səkkizlik» ölkələri İranda president seçkisindən sonrakı zorakılığı pisləyiblər. Səkkiz ölkənin xarici işlər nazirləri İranı insan haqlarına, xüsusən də özünüifadə azadlığına əməl etməyə çağırıblar. Həmçinin İrana siyasi böhrandan çıxmaq üçün müxalifətlə dialoqa getməyi tövsiyyə ediblər.

İran tərəfi isə elan edib ki, iyunun 12-i keçirilən prezident seçkisi 1979-cu ildən bu yana ən ədalətli seçkidir. Müxalifət isə prezident Mahmud Əhmədinejatın qələbəsini inkar edir, seçkinin saxtalaşdırıldığını bildirir. Seçkidən sonrakı toqquşmalarda müxtəlif mənbələrə görə, 17-20 arası adam ölüb.

XS
SM
MD
LG