Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:36

Bağdadda partlayış nəticəsində ölənlərin sayı 11-ə çatıb


Bağdadın mərkəzində bazarda partlayış nəticəsində ölənlərin sayı 11-ə çatıb, 46 nəfər yaralanıb. Polisin dediyinə görə, motosiklə qoyulmuş bomba bazarda partladılıb. Partlayış ABŞ qoşununun İraqı tərk etməsindən dörd gün əvvələ təsadüf edib.

İki gün öncə isə Sədr şəhərində partlayış nəticəsində 70 nəfər həlak olub. Bağdadda və İraqın digər şəhərlərində törədilən partlayışlar İraqın təhlükəsizlik qüvvələrinin qiyamçılarla mübarizə aparmaq bacarığını şübhə altına alır.

XS
SM
MD
LG