Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:38

Maykl Cekson vəfat edib


Amerikanın məşhur pop ulduzu Maykl Cekson 50 yaşında vəfat edib.

O, gecə saatlarında təcili yardım maşını ilə Los-Anceles şəhərinin xəstəxanasına çatdırılıb. Ehtimal olunur ki, müğənni ürəktutmasından ölüb.

Tibbi mənbələr deyirlər ki, təcili yardım işçiləri onun Bel Airdəki evinə gələndə, müğənni nəfəs almırdı.

Maykl Cekson iyul ayında Londondan başlayaraq onlarla konsert verməyə hazırlaşırdı. Müğənninin səhhətində uzun müddət idi ki, problemlər yaranmışdı. O 12 il idi ki, konsert vermirdi.
XS
SM
MD
LG