Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:03

İranda saxlanmış 70 professordan 66-sı sərbəst buraxılıb


İranda müxalifət fəallarına qarşı təqiblər davam edir.

Müxalifət iyunun 12-də keçirilmiş prezident seçkilərindən sonra polislə toqquşmalarda azı 17 nəfərin öldüyünü, yüzlərlə islahatçı fəal və siyasi xadimin həbsə atıldığını deyir.

Müxalifət lideri və prezidentliyə keçmiş namizəd Mirhüseyin Musavi deyir ki, təkcə dünən onunla görüşdən sonra 70 universitet müəllimi saxlanıb.

Radio Fərda bir qədər sonra onlardan 66-nın sərbəst buraxıldığını xəbər verir.

Müxalifət seçkinin nəticələrinin saxtalaşdırıldığını təkid edir, hakimiyyətsə ittihamı rədd edir, seçkidə Mahmud Əhmədinejadın qalib gəldiyini deyir.
XS
SM
MD
LG