Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 07:58

Türkiyə kürd problemini kökündən həll etməyə girişib


«Türkiyə hökuməti bu ölkədə on illərdir davam edən kürd probleminin son həlli üçün cəhdlərə başlayıb»

«Türkiyə hökuməti bu ölkədə on illərdir davam edən kürd probleminin son həlli üçün cəhdlərə başlayıb»

«Türkiyə hökuməti bu ölkədə on illərdir davam edən kürd probleminin son həlli üçün cəhdlərə başlayıb». «Akşam» qəzetinin yazarı Asli Aydintaşbaş «İnternational Herald Tribun»a göndərdiyi məqaləsində belə yazır.

Onun iddiasına görə, indi Ankarada siyasi kuluarlarda Konstitusiyaya dəyişikliklər, PKK terror təşkilatının rəhbərləri ilə danışıqlara başlamaq kimi kompleks planlar müzakirə edilir. Xüsusilə də Konstitusiyanın «Vətəndaşlıq bağı ilə Türkiyə Cümhuriyyətinə bağlı olan hər kəs türkdür» cümləsinin dəyişdirilməsi nəzərdə tutulur. Hətta, ordu da bu planı rədd etməyib. Mediadan, müxalifətdən də bu plana dəstək gəlib.

Amma Asli Aydintaşbaş hesab edir ki, Türkiyənin bu cəhdləri hələlik medalın bir üzüdür. Planın həyata keçməsi İraqın şimalını nəzarətdə saxlayan kürdlərin və regionun təhlükəsizliyinə təminatçı olan Vaşinqtonun buna münasibətindən asılı olacaq.

Müəllifin fikrincə, müasir dünyanın tələblərini o qədər qiymətləndirə bilməyən PKK rəhbərlərini Ankara ilə hər hansı iş birliyinə razı salmaq asan olmayacaq. Görünür, buna görə onlara hərbi və başqa vasitələrlə təzyiq göstərmək lazım olacaq.

Asli Aydintaşbaş düşünür ki, Ankaranın bu planı PKK-nı legitim siyasi qüvvəyə çevirir. Bu da bütün tərəflərə faydalıdır.

Türkiyə bununla 1984-cü ildən bəri 30 000 adamın ölümü ilə nəticələnmiş terror aktlarından canını qurtarar, kürdlər siyasi qüvvə kimi öz mənafelərini daha yaxşı müdafiə edər, İraqla sərhəddəki Mahmur düşərgəsində yaşayan PKK tərəfarı Türkiyə kürdləri evlərinə qayıdarlar.

ABŞ-ın bu vəziyyətdə İraqın şimalında kürdlər yaşayan ərazilərin təhlükəsizliyindən narahatlığı aradan qalxardı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG