Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:12

Qırğızıstan parlamenti baza ilə bağlı razılaşmanı təqdir edib


Qırğızıstan parlamenti ABŞ və Qırğızıstana arasında Manas bazası ilə bağlı razılaşmanı təqdir edib. Bu razılıq iyunun 23-ü əldə olunmuşdu. Hökumətin açıqlamasına görə baza Əfqanıstana qeyri-hərbi yükün daşınmasında istifadə ediləcək.

Qırğızıstan müxalifəti bunu avantüra adlandırıb və hakimiyyəti sözünün üstündə dura bilməməkdə ittiham etmişdi.

Qırğızıstan prezidenti bu ilin fevral ayında demişdi ki, ABŞ qüvvələri Manas bazasından çıxmalıdır. Bu baza Əfqanıstana təchizat daşınmasında ABŞ üçün əhəmiyyətə malikdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG