Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:55

Ayaz Salayev: «Hakimiyyətlə aramda heç bir qarşıdurma yoxdur»


Ayaz Salayev
Kinorejissor Ayaz Salayev deyir ki, onun çəkdiyi «Ehram TV» filminin təqdimatının gecikməsi hakimiyyətlə arasındakı münaqişə ilə bağlı deyil. Rejissorun sözlərinə görə, indi filmlə bağlı daxili müzakirələr gedir.

Müxalifət mətbuatı yazır ki, rejissora filmi üzə çıxartmağa qadağa qoyulub. Bəzi mənbələr yazır ki, filmdə pornoqrafik səhnələr olduğuna görə əsər «sandıqda qalıb».

«Ehram TV» dövlət sifarişidir.

Kinorejissor gecikmənin səbəbi haqda danışmaq istəmir:

«Hakimiyyətlə və Mədəniyyət Nazirliyi ilə mənim aramda heç bir qarşıdurma yoxdur. Olsaydı bu barədə məlumat yayardım».

«Ehram TV» filminin çəkilişləri artıq başa çatıb, səs effektlərinin tamamlanması işi qalıb.
XS
SM
MD
LG