Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:06

Orta ixtisas təhsil məktəblərinə sənəd qəbulu başlayır


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 24-də 9 illik təhsil bazasından orta ixtisas təhsili məktəblərinə sənəd qəbuluna başlayır. Sənəd qəbulu iyunun 24-dən iyulun 31-ə kimi aparılacaq.
Abituriyentlər sənədlərini orta məktəblərdə yaradılmış Sənəd Qəbulu Komissiyalarında təqdim edə bilərlər. Orta ixtisas təhsili məktəblərində təhsil almaq üçün 46 dövlət, 1 özəl ixtisas məktəbində 9 min 516 plan yeri ayrılıb.


Xarici dövlətlərin vətəndaşları sənədlərini TQDK-da yaradılmış Sənəd Qəbulu Komisiyasına təqdim edəcəklər. Abituriyentlər Sənəd Qəbulu Komisiyasına əsas təhsil haqqında şəhadətnamənin əslini, təhsil aldıqları məktəbdən əsas təhsil pilləsi üzrə şəhadətnamənin nömrəsi göstərilmiş fotoşəkil olan arayışı, doğum haqqında şəhadətnamənin əslini, yeni çəkilmiş ağ fonda 2 ədəd fotoşəkil təqdim etməlidirlər.
XS
SM
MD
LG