Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:54

Barak Obama İranın iddialarını absurd adlandırır


ABŞ-ın prezidenti Barak Obama bu gün bildirib ki, İranda nümayişçilərin döyülməsi, həbs olunmasından “heyrətlənib və qəzəblənib”.

Vaşinqtonda keçirdiyi mətbuat konfransında İran hakimiyyətinin hakimiyyətini “ədalətsiz addımlarına” görə kəskin tənqid edib:

- Birləşmiş Ştatlar və beynəlxalq ictimaiyyət son bir neçə gündə həbslərdən, zorakılıqlardan və döyülmələrdən heyrətə gəlib. Mən qətiyyətlə bu ədalətsiz addımları qınayıram. Amerika xalqı ilə birlikdə hər bir günahsız adamın ölümünə görə kədərlənirəm.

Barak Obama ABŞ-ın kütləvi etiraz aksiyalarını təhrik etməsi barədə Tehranın iddialrını da absurd adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG