Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:20

Azərbaycan «uğursuz dövlətlər» siyahısında


Vaşinqtonda yerləşən “Foreign Policy Magazine” jurnalı və Sülh Uğrunda Fond beş ildir ki “Uğursuz dövlətlər indeksi” adlanan araşdırma aparır.

Tərtib olunan siyahı - siyasi və iqtisadi risqlərin ən çox olduğu dövlətlərlə başlayır, siyahının axırına doğru isə artıq risq dərəcəsi ən az olan dövlətlər yer alır.

Keçən illə müqayisədə Azərbaycanda risqlər artıb - əgər Azərbaycan keçən ilki siyahıda 64-cü idisə, bu il siyahının arzuolunmaz hissəsinə - yəni yuxarılarına doğru 8 pillə qalxıb – indi 56-cıdır.

Amma yenə də ən pislər sırasında deyil – problemlərin ən çox olduğu ölkələr arasında

İLK ÜÇLÜYƏ SOMALİ, ZİMBABVE VƏ SUDAN DAXİLDİR

– ümumilikdə belə dövlətlərin sayı 38-dir, aralarında Azərbaycanın qonşuları Gürcüstan və İran da var.

Bundan sonra ikinci qrup dövlətlər gəlir – onların sayı təxminən 100-dür. Azərbaycan da bura daxildir. Araşdırma bunları risqləri həyəcan təbili çalmağa əsas verməsə də, pisq dərəcəsi narahatlıq doğuran dövlətlər sayır.

Dövlətlərdəki risq dərəcəsi müəyyən olunarkən aşağıdakı meyarlar əsas götürülüb - iqtisadi geriləmə, hakimiyyətin legitimliyi, əhali artımı ilə bağlı yaranan problemlər, qaçqın və məcburi köçkünlər, hakimiyyətin kriminala bulaşma dərəcəsi, ölkədə insan haqlarının pozulması, hakim elita arasında qruplaşmalar, xarici dövlətlərin müdaxiləsi və s.

Araşdırmaya görə,

AZƏRBAYCANLA MÜQAYİSƏDƏ ERMƏNİSTANDA VƏZİYYƏT XEYLİ YAXŞIDIR.

Polis Bakıda Müsavat Partiyasının piketini dağıdır. 11 iyul 2008

Siyahıda Ermənistan 101-cidir.

Ən az problemin olduğu ölkələr, bəlkə də onları ən uğurlu dövlətlər adlandırmaq olar, Norveç, Finlandiya, İsveç, İsveçrə, İrlandiya, Danimarka və sairdir.

Azərbaycanda isə araşdırmaya münasibət fərqlidir. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu düşünür ki, araşdırmada Azərbaycan haqda səthi məlumatlara əsaslanıblar.

O etiraf edir ki, Azərbaycanda demokratik inkişafda ciddi problemlər mövcuddur, amma dövlətin onları həll etmək əzmi də var. Eyni zamanda onun fikrincə, Ermənistandakı vəziyyətin Azərbaycandan xeyli yaxşı göstərilməsi araşdırmanın qeyri-obyektivliyini sübut edir.

“Ermənistanda siyasi partiyalar, qeyri-hökumət təşkilatları formal xarakter daşıyır, hakimiyyət kriminallaşıb.

ERMƏNİ DÖVLƏTİ RAYON-RAYON KRİMİNALLARIN ARASINDA BÖLÜNÜB,

keçən ilki prezident seçkilərindən sonra 10-dan çox insan öldürüldü”.

Mübariz Əhmədoğludan fərqli olaraq Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu araşdırmanın Azərbaycanla bağlı hissəsini obyektiv sayır.

Ə.Oruclu deyir ki, Azərbaycanın neft gəlirlərinin əsas hissəsinin neftdən əldə edilməsi risqlidir.

nun fikrincə, son prezident seçkiləri zamanı baş verən kütləvi saxtakarlıqlar, jurnalistlərə qarşı təzyiqlər, siyasi məhbuslar məsələsinin qalması, elə də iqtisadi azadlıqların geniş miqyasda pozulması Azərbaycanın göstəricilərinin pisləşməsini şərtləndirir.

O, neft gəlirlərinin Azərbaycanda davamlı inkişafa səbəb olması fikri ilə də razılaşmır.

“AZƏRBAYCANIN 80 FAİZ GƏLİRİ NEFT SEKTORUNDANDIR,

bu, normal sayıla bilməz. Bu bir risqdir, çünki neft bu gün var, sabah yoxdur”.

“Foreign Policy Magazine” jurnalı və Sülh Uğrunda Fondun birgə apardığı bu araşdırma dünyanın 177 ölkəsini əhatə edir və araşdırma aparanların verdiyi məlumata görə, elektron mənbələrdən əldə edilən 30 minə yaxın xəbər, məqalə, hesabata əsaslanır.

Araşdırmada deyilir ki, bu il ölkələrdəki vəziyyətə qlobal maliyyə böhranı da təsir edib – bu böhrandan ən çox əziyyət çəkən ölkələrin keçən illə müqayisədə göstəriciləri pisləşib. Keçən ilin avqustunda Rusiyanın hücumuna görə, Gürcüstanın siyahıdakı göstəriciləri xeyli pisləşib – birdən-birə 23 pillə.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG